Avro-2020-də ilk baş məşqçi ayrılığı

image-makbackend

Futbol üzrə Şimali Makedoniya millisinin baş məşqçisi İqor Angelovski vəzifəsindən ayrılacaq.

Busaat.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunun Niderlandla oyunundan (0:3) sonra təşkil olunan mətbuat konfransında deyib.

O, Şimali Makedoniya millisi ilə müqaviləsinin müddətinin iyulda bitdiyini və yığmadan ayrılacağını deyib.

Angelovski 2015-ci ildən Şimali Makedoniya millisini çalışdırırdı.

Şimali Makedoniya millisi AÇ-2020-nin C qrupunu sonuncu sırada bitirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90