Futbol üzrə Avropa çempionatı davam edir.
Busaat.az xəbər verir ki, bu gün qitə birinciliyində qrup mərhələsinin ikinci turuna start verilib.
Günün ilk oyununda Rusiya və Finlandiya komandaları üz-üzə gəlib. Qarşılaşma şimal qonşumuzun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Rusiya Avro-2020-də ilk qələbəsini qazanıb. Ruslar bundan əvvəl Belçika yığmasına 0:3 hesabı ilə uduzmuşdu. Finlandiya isə ilk oyunda gözlənilmədən Danimarka yığması üzərində minimal hesablı qələbəyə sevinmişdi.
Qeyd edək ki, bu gün A qrupu çərçivəsində Türkiyə yığması Uelslə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək. Qrupun digər matçında lider İtaliya millisi İsveçrə ilə üz-üzə gələcək.
AÇ-2020
16 iyun
B qrupu
Finlandiya – Rusiya 0:1
Qol: A.Mirançuk, 45+2.
Baş hakim: Danni Makkeli (Niderland).
Sankt-Peterburq. Yeni Zenit stadionu.