Avropa çempionatının qalan hissəsini buraxacaq

image-xorvatiyabackend

Xorvatiya millisinin yarımmüdafiəçisi Nikola Vlaşiç Avropa çempionatının qalan hissəsini buraxacaq.

Busaat.az xəbər verir ki, bununla bağlı Xorvatiya millisinin mətbuat xidməti məlumat yayıb.

Futbolçu zədələnib və millinin düşərgəsini tərk edərək ölkəsinə yollanacaq. Xorvatiya yığması İspaniya, İtaliya və Albaniya komandaları ilə eyni qrupda mübarizə aparır. İlk turda komanda AVRO-2024-ün qrup mərhələsinin I turu çərçivəsində İspaniyaya 3:0 hesabı ilə uduzub. Vlaşiç bu oyunda meydana çıxmayıb.

Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatı iyulun 14-də başa çatacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki