“Avropa Parlamentinin bəyanatı münaqişədə həlledici addımdır” – Partiya sədri

“Avropa Parlamentinin bəyanatı münaqişədə həlledici addımdır” – Partiya sədribackend

“İyun ayı bütün ermənilərin yaddaşında Avropa Parlamenti tərəfindən Ermənistana vurulan “tərs şillə” ilə yadda qalacaq”.

Busaat.az xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Besesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanatını analiz edən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

Bəyanatın Qarabağ münaqişəsinin tənzimləməsi prosesində tarixi hadisə olduğunu bildirən Əlisahib Hüseynov qeyd edib ki, məruzəçilərin bu addımı atmalarının kökündə Ermənistanın qeyri-konstruktiv davranışları, təxribatçı siyasət yürütməsi faktoru dayanır:

“Bu ilin mart və may aylarında bilavasitə Paşinyanın “xeyir-dua”sı ilə Dağlıq Qarabağda qondarma “seçki”lərin və “inauqurasiya” mərasiminin keçirilməsi də kifayət qədər ciddi təxribatdır. Bu təxribat təkcə Azərbaycana qarşı deyil, həm də bütövlükdə dünya birliyinə qarşı təxribat və təhdiddir. Çünki sözügedən “seçki”lər və “andiçmə” koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir məqamda həyata keçirildi. Yəni ki, Paşinyan və Dağlıq Qarabağdakı terrorçu qruplaşma nə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), nədəki BMT rəhbərliyinin çağırış və tələblərinə ciddi yanaşmadı. Avropa Parlamentinin rəsmiləri təcrübəli siyasət adamları və peşəkar diplomatlardır. Onları aldatmaq mümkün deyil. Avropa Parlamenti isə münaqişənin yenidən alovlanmasının təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa üçün hansı risklərə və problemlərə yol aça biləcəyini yaxşı başa düşür. Məhz buna görə də Avropa Parlamenti qəbul etdiyi sözügedən bəyanatla Ermənistan rəhbərliyini sağlam düşüncəyə dəvət edir, onu qızışdırıcı hərəkətlərə son qoymağa və səmimi danışıqlara başlamağa çağırır”.

Əlisahib Hüseynova görə, son vaxtlar Avropa İttifaqının dövlətlərin ərazi bütövlüyü prinsipinə prioritet kimi yanaşmağa başlaması Ermənistanı çox qıcıqlandırır. Bu isə təbiidir:

“Avroparlamentin bu mövqeyi rəsmi İrəvanın önəm verdiyi millətlərin öz müqəddəratını təyinetmə prinsipinin üzərindən avtomatik olaraq xətt çəkir. Bu isə öz növbəsində Dağlıq Qarabağda yuva salmış bir ovuc separatçı, terrorçu erməniləri öz qondarma rejimlərini müstəqil ölkə kimi elan etmək imkanlarından məhrum edir. Ermənilərin və xüsusən də Paşinyanın Avropa Parlamentinin məruzəçilərinin birgə bəyanatına kəskin reaksiya verməsi də ilk növbədə məhz bundan qaynaqlanır. Onlar Avropa Parlamenti kimi mötəbər bir qurumun münaqişənin həllinin əsas şərti kimi məhz Azərbaycanın ərazi bütövlüyünü önə çəkməsini və Ermənistanın işğalçı siyasətindən narahatlıq ifadə etməsini heç cürə həzm edə bilmirlər. Bu, doğrudan da ermənilərin üzünə vurulmuş ağır tərs şillədir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90