Avropanın Rusiya asılılığı artır

image-qazikbackend

Dekabrda Rusiya qazının Avropaya ixracı artıb.

Busaat.az Reutersə istinadən xəbər verir ki, Rusiyanın enerji nəhəngi “Qazprom”un Avropaya təbii qaz ixracının orta gündəlik tədarükü 1-17 dekabr tarixləri arasında noyabr ayı orta səviyyələri ilə müqayisədə 3,5 faiz artıb.

Dekabrın 1-dən 17-dək “Qazprom”un “Türk axını” və Ukrayna vasitəsilə tədarükünün ümumi həcmi 1,49 milyard kubmetrə çatıb. Noyabrda ixrac 2,54 milyard kubmetr olub.

Bu il Avropaya təbii qaz ixracı təqribən 27,2 milyard kubmetrə çatıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki