Avtomobil oğrusu DYP maşınını vuraraq qaçmaq istədi

image-poliss-1backend

Aprelin 29-da gecə saatlarında Mingəçevir şəhər ərazisindən “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, keçirilmiş tədbirlərlə avtomobilin Saatlı rayonu ərazisində hərəkətdə olması müəyyən edilib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Ağaməmmədov rayonun Məzrəli kəndi ərazisində saxlanılarkən tabesizlik göstərərmiş, İmişli RPŞ Dövlət Yol Polisi Bölməsinə məxsus xidməti avtomobili vuraraq qaçmağa cəhd göstərib.

O.Ağaməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 31 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90