Ayvazyandan sonra müavini də istefa verdi

image-qalstyanbackend

Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyandan sonra müavini Qaqik Qalatsyan da istefaya gedib.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan məlumat verib.

Bildirilir ki, Qalatsyan mayın 27-si istefa ərizəsi yazıb. Elə həmin gün analoji ərizəni A. Ayvazyan da imzalayıb.

Ermənistan mətbuatı Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, hətta Milli Təhlükəsizlik Xidmətində yaxın vaxtlarda baş verəcək kütləvi istefalar barədə yazır. Xarici işlər nazirinin 4 müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəis müavini Stepan Qalstyanın artıq istefa ərizəsi yazdığı qeyd edilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90