“Azarkeşsiz futbol klounsuz sirk kimidir” – Ronaldo

“Azarkeşsiz futbol klounsuz sirk kimidir” – Ronaldobackend

“Azarkeşlərin tribunalarda fit çalmalarını sevirəm. O zaman tüklərim biz-biz olur”.

Busaat.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo UEFA Millətlər Liqasının 2-ci turunda İsveçi səfərdə məğlub etdikləri (2:0) matçdan sonra deyib.

O, “Record”a açıqlamasında  azarkeşsiz oyunu klounsuz sirkə bənzədib: “ÜST azarkeşləri qəbul etməklə bağlı şəraitin olmadığını deyirsə, deməli, belədir. Sağlamlıq və insanların həyatı birinci yerdədir. Ancaq azarkeşsiz futbol klounsuz sirkə və ya çiçəksiz bağa getmək kimidir”.

Xatırladaq ki, bu oyunda dubl edən Ronaldo milli komandalarda 100 qol həddinə çatan ikinci futbolçu olub. O, yalnız İran millisinin hücumçusu Əli Daeidən geri qalır. Onun aktivində 109 qol var.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90