Azər Badamov Moskva aeroportunda buna görə saxlanıldı –Açıqlama

image-img_4348backend

Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiya Federasiyasına girişinə icazə verilməməsinə səbəb onun dəfələrlə anti-Rusiya və rusofobik açıqlamaları olub.

Busaat.az xəbər verir ki, bu barədə  TASS mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, 2025-ci il mayın 4-də Azərbaycan Milli Məclisinin (parlament) deputatı Badamov Rusiya ərazisinə buraxılmayıb. “Azər Badamovun Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya buraxılmasına icazə verilmir. Buna əsas kimi Milli Məclisin deputatının dəfələrlə anti-Rusiya və rusofobik bəyanatlar verməsi göstərilir”, – agentliyin mənbəyi bildirib.

Həmçinin qeyd edilib ki, Rusiyanın Badamova qarşı tədbirləri şəxsi xarakter daşıyır.

“Badamova qarşı görülən tədbirlər şəxsi xarakter daşıyır və Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişafına sarsılmaz sadiqliyinə təsir göstərmir”, – məlumatda bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki