“Azərbaycan istəyinə çatdı, rus sühməramlıları Qarabağa gəlməsəydi…” – Polkovnik

“Azərbaycan istəyinə çatdı, rus sühməramlıları Qarabağa gəlməsəydi…” – Polkovnikbackend

“Rusiya sülhməramlılarının Qarabağa gəlməsinin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur”.

Bunu Milli.Az-a açıqlamasında ehtiyyatda olan polkovnik İlqar Əliyev deyib.

Polkovnik qeyd edib ki, sülhməramlılarsız atəşkəsə nail olmaq mümkün olmayacaqdı:

“Rusiya sülhməramlıları gəlməsəydi başqası gələcəkdi. İndiki halda sülhməramlılarsız atəşkəsə nail olmaq mümkün olmayacaqdı. Üç dəfə humanitar atəşkəs haqqında bəyanat oldu, ancaq heç biri yerinə yetirilmədi. Yəni, rus qoşunları gəlməsəydi hansısa bir başqa dövlət öz sülhməramlılarını yeridəcəkdi.

Bizi dəstəkləyən qardaş Türkiyədir, Ermənistan da Türkiyə sülhməramlılarının gəlişinə razılıq verməzdi. Bizi dəstəkləyən digər ölkələr Pakistandır, bir də İsraildir. Qalanları boğazdan yuxarı bizi dəstəkləyir. Azərbaycana tərəfdaş ölkələrdən də heç birinin sülhməramlısının Qarabağa gəlməsinə Ermənistan razı olmayacaqdı.

44 günlük müharibə göstərdi ki, Rusiya tam neytral mövqe nümayiş etdirdi. Bu, bizim üçün də optimal oldu, onlar üçün də. Fransızlar, amerikanlar gəlsəydi onlar istər-istəməz üzdə bizə gülsələr də, daxildə xeyirimizə heç nə etməyəcəkdilər. Bura başqa ölkələrin sülhməramlıları gəlsəydi bəlkə də Ermənistana sərf edərdi, amma Azərbaycana əl verməzdi.

Nəzərə alaq ki, Rusiya ilə Azərbaycanın münasibətləri, müxtəlif sahələrdə əlaqələri çox yüksək inkişaf edir. Düzdür, Ermənistana silah versə də, hətta bəzi təchizatla təmin etsə də, müharibə göstərdi ki, bitərəfdir”.

İ.Əliyev onu da bildirib ki, Azərbaycan bu sənədə qol çəkməklə özünün üzünü ağ etdi, düşmənin də mənfur sifətini göstərdi:

“Azərbaycan tam istəyinə çatdı. Cənab Prezidentin bu sənədə dünyada və regionda geosiyasi vəziyyəti nəzərə alaraq imza atması düşünürəm ki, Azərbaycan üçün ən düzgün qərar idi. Götürək ki, Azərbaycan tam axıra qədər müharibə yolu ilə Qarabağın və ətraf rayonların işğalda qalan ərazilərini azad etdi, bunun bəs sabahı var axı. Biz erməni deyilik, bizə “etnik təmizləmə” damğası vuracaqdılar. Azərbaycan bu qərarla özünün üzünü ağ etdi, düşmənin də mənfur sifətini göstərdi ki, biz Ermənistandan fərqli olaraq etnik təmizləmə aparmaq niyyətində deyilik, biz sadəcə bizə aid olanı istəyirdik, müharibə istəmirdik. Lap erməniləri Qarabağdan çıxardıq, sabah bu 30 il ərzində beynəlxalq ictimaiyyətin, dünya ölkələrinin Ermənistana olan münasibəti bizə qarşı olmayacaq. Təbii ki, biz Ermənistan deyilik. Və bizə qarşı çoxlu sanksiyalar tətbiq olunacaqdı, buna 100% əmin olun. Yəni ermənilərin işğalçılıq siyasətinə olan münasibəti bizə göstərməyəcəkdilər. Adımıza “etnik təmizləmə” damğası vuraraq bəlkə də təsir, təzyiqlər edərək onları yenidən bu torpaqlarda qaytarıb yaşamaqlarını təmin edəcəkdilər. Bu olacaqdı! Ondansa, qoy elə Azərbaycanın bayrağı, qanunu, şərtləri altında yaşasınlar.

44 günlük döyüşlərdə Azərbaycan Ordusu öz sözünü dedi. İndi bu 5 il ərzində Azərbaycanın iqtisadiyyatı və diplomatiyası sözünü deməlidir. İşğaldan azad olunmuş Qarabağda və ətraf rayonlarda iqtisadiyyatın gücü ilə orada elə bir şərait yaradılmalıdır ki, ermənilər də görsün ki, Azərbaycanda insanlar necə yaşayır. İşğal atındakı torpaqlarımızda yaşayan ermənilərin vəziyyəti çox pis idi, yaşayış səviyyələri çox aşağı idi. Amma Azərbaycan öz iqtisadiyyatının gücünə orada elə bir şərait yaradacaq ki, bəlkə də sabah orada yaşayacaq ermənilər bir də başqa niyyətə, fikrə düşməyəcək. Diplomatiyamız da bu 5 ildə onlara göstərməlidir ki, etnik təmizləmə aparan dövlət, digərlərini sevməyən millət elə onlar özləri olublar”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90