“Azərbaycan ordusu bayrağımızı Şuşada dalğalandırmaq əzmindədir” – Deputat

“Azərbaycan ordusu bayrağımızı Şuşada dalğalandırmaq əzmindədir” – Deputatbackend

“Münaqişəyə kənardan müdaxilə etmək istəyənlər cavablarını alacaqlar”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycanla Ermənistan arasındakı məlum müharibə vəziyyətinə qarşı beynəlxalq aləmin yanaşmasını təhlil edən deputat Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, savaş tərəflərinə ikili standartlar ilə yanaşma davam edir:

“Təəssüf ki, işğalçı ölkəyə deyil, ərazilərini işğaldan azad edən dövlətə daha çox təzyiq edilir. Əslində Azərbaycan yalnız döyüş bölgəsində deyil, eyni zamanda digər müstəvilərdə də vuruşur. Sevindirici haldır ki, biz bütün sahələrdə üstünlüyümüzü qoruyub saxlayırıq. İkincisi, Azərbaycan ordusu torpaqlarımız tam azad olunadək düşməni sıxmaq və bayrağımızı Şuşada dalğalandırmaq gücündə və əzmindədir. Təzyiqlərə baxmayaraq, ordumuz irəliləyir və sistemli şəkildə yeni xoş xəbərlər gəlməkdə davam edəcək.
Üçüncüsü, münaqişəyə kənardan müdaxilə etmək istəyənlər, yumşaq desək, cavablarını alacaqlar. Ali Baş Komandan bunu çox aydın şəkildə qeyd etdi ki, əgər Azərbaycana qarşı kənardan aqressiya olarsa, onlar həmin F-16-ları görəcəklər. Dördüncüsü, Ermənistan silahlı qüvvələri bütün torpaqlarımızdan çəkilmək ilə bağlı vaxt cədvəli verəcəyi halda atəşkəs mümkündür. Əks halda, danışıqlar səmərəli olmayacaq. Beşincisi, kasıb Ermənistan istifadə etdiyi silah və sursatları pul ilə alsaydı, iqtisadiyyatı çoxdan defolt olardı.
Nəhayət, Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızı bərpa edir. Əminik ki, bu yolda müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz bizə çox sevinclər qismət edəcək”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90