Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhülkəsizliyə əsaslanaraq həyata keçirməyə davam edəcək

image-abackend

Şərqlə Qərb arasında maraqların kəskin şəkildə toqquşması artmış və iki tərəf arasında ziddiyyətlər dərinləşmişdir. Nəticədə beynəlxalq münasibətlər sisteminin yeni nizamı qurulur. Formalaşan yeni dünya nizamında Yaxın Şərq, Afrika dövlətləri də daxil olmaqla, kifayət qədər gözlənilməz, qeyri-ənənəvi aktorlar meydanda özlərini daha qabarıq şəkildə göstərirlər ki, bu da dünyanın çoxqütblü formatda yenidən təşkili ilə bağlı prosesin planetimizin bütün qitələrindən müxtəlif dövlətlərin marağına səbəb olmasından xəbər verir.

Bu baxımdan, Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən Sammitində iştirakçılar bir daha göstərdilər ki, heç bir aktor müasir siyasi gündəmin əsas problemlərindən yan keçmir. Təşkilatın budəfəki Sammitinin əsas məqsədinin ŞƏT-ə yeni üzvlərin daxil edilməsi ilə bağlı olması bütün deyilənlərin əyani təzahürüdür.

İqtisadi əməkdaşlığın istiqamət dəyişdirilərək dərinləşdirilməsinin nəticəsidir ki, yeni reallıqlara, yeni çağırışlara və təhdidlərə uyğunlaşmağı əsas hədəf kimi müəyyənləşdirən və çoxqütblü dünyanın tərəfdarı olan ölkələri bir araya gətirən Sammit çərçivəsində iqtisadi sahədə sazişlərin imzalanması əsas məsələ qismində çıxış etdi. Logistik layihələr bu işdə əhəmiyyətli rola malikdir.

Rusiya-Qərb münasibətlərinin mövcud durumu fonunda yeni əməkdaşlıq platformaları, onların daha da dərinləşdirilməsi nəzərdə tutulur. İqtisadi sanksiyalar yanacağın tədarükü kimi iddialı layihələri həyata keçirmək üçün Rusiyanı yeni əməkdaşlıqlara sövq edir. Bu əməldaşlıq platformalarının qurulmasında isə siyasi sabitlik prioritet məsələdir. Məhz bununla bağlı ciddi problemlər və maneələr mövcuddur. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Pakistanın Əfqanıstandakı vəziyyətə təsirinin güclü olmasını bildirmiş,  məhz mövcud gərginlik fonunda sabitliyin yaradılmasında Pakistanı Moskva üçün prioritet Asiya tərəfdaşlarından biri kimi qəbul etdiyini açıqlamışdır. Bu  heç də təsadüf deyil. Bu isə proqnozlaşdırılması çətin ssenarisində Pakistanın dəstəyinə daha əsaslı ehtiyacın yarana biləcəyindən xəbər verir.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələrindən biri sayılan elə bir sahə mövcuddur ki, bu da terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatının müəyyənləşdirilməsidir. Məhz Ermənistanın regionda işğal, pozuculuq siyasətindən əl çəkməməsi, regional aktorlara ərazi iddiası, torpaqlarımızı qanunsuz erməni silahlı birləşmələrinin tərk etməməsi fonunda əməkdaşlığın bu sahəsi Azərbaycan üçün xüsusi önəm kəsb edir.

Çoxqütblü dünya nizamı formalaşır, bu dünya nizamının formalaşmasında Cənubi Qafqaz əsas bölgələrdən biri, bölgənin açar amili isə Azərbaycanın yaratdığı reallıqlar və onun çərçivəsində qurulacaq əməkdaşlıq platformalarıdır.
Şərq-Qərb, Şimal-Cənub nəqliyyat yollarının ölkəmizdən keçməsi amili də ölkələrlə qurulacaq əməkdaşlığımıza əsaslı bir impuls verir.

Prezident İlham Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi incə diplomatiyası, irimiqyaslı layihələri məsuliyyətlə icra etməyimiz, etibarlı tərəfdaş olmağımız ölkəmizi regional logistika mərkəzlərindən birinə çevirdi, regionda və bütövlükdə beynəlxalq münasibətlər sistemində gücümüzü artırdı.

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin yekdilliklə 2023-cü ilə qədər uzadılması dünya miqyasında Azərbaycana olan hörmətin və etimadın göstəricisidirsə, beynəlxalq müstəvidə sivilizasiyalararası dialoqu, multikulturalizm və tolerantlığın təşviqini diqqət mərkəzində saxlayan Azərbaycanın bundan sonra da öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcəyini bildirməsi hansı dövlətin xarici siyasətinin konstruktivliyə, əməkdaşlığa, sivil qonşuluq münasibətlərinə söykəndiyindən xəbər verir.

Talıbzadə Fatimə – Nəsimi rayon təhsil işçisi,

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90