Azərbaycan Premyer Liqası ilə bağlı təklif – FİFA prezidentindən

Azərbaycan Premyer Liqası ilə bağlı təklif – FİFA prezidentindənbackend

Milli çempionatlarda pley-off sisteminin tətbiqi müzakirəyə çıxarıla bilər.

Busaat.az xəbər verir ki, FİFA-nın prezidenti Canni İnfantino qurumun Konqresi zamanı belə təklif irəli sürüb.

O, belə addımın daha maraqlı olduğunu düşünür: “Pley-off matçları ideyası diqqətə layiqdir. 1-ci yer deyil, 2-ci yer üçün çox komandanın mübarizə apardığı çempionatlar kimə maraqlıdır ki? 15-17 il əvvəl Çempionlar Liqasında ikinci qrup mərhələsi 1/8 finalla əvəz edildi. Çoxları oyun sayının azalması ilə qazancın aşağı düşəcəyi üçün narahat idi. Amma teleyayımın qiyməti artdı və klublar daha çox qazanmağa başladı”.

Digər milli çempionatlar kimi Azərbaycanda da bu ideya müzakirə edilməyə başlayıb. Bir müddət PFL prezidenti Ramin Musayev apasport.az saytına açıqlamasında Azərbaycan Premyer Liqasında format dəyişəcəyini açıqlayıb. O, detallara varmasa da, İnfantinonun pley-off ideyasının ölkəmizdə də tətbiqi ehtimal olunur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90