Azərbaycan qırmızı London taksiləri alıb

Azərbaycan qırmızı London taksiləri alıbbackend

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Taksi Xidməti” MMC Böyük Britaniyanın “London EV” (LEVC) şirkətindən 100 ədəd “TX”, 0 emissiyalı elektrik taksisi alıb.

Busaat.az xəbər verir ki, bu barədə Britaniya şirkətinin açıqlamasında bildirilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan şirkəti LEVC-in uzunmüddətli tərəfdaşıdır və indiyə qədər ona paytaxt Bakının hər yerində istifadə olunan bənövşəyi “TX4” emissiyalı taksilər satılıb. “Bakı Taksi Xidməti”nin aldığı yeni taksilər isə qırmızı rənglidir, əsasən Bakıda keçirilən tədbirlər üçün şəhərə gələn qonaqların hava limanından hotellərə və əks istiqamətdə daşınması üçün istifadə ediləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90