Azərbaycan Türkiyə qardaşlığı notlara çevrildi – VİDEO

Azərbaycan Türkiyə qardaşlığı notlara çevrildi – VİDEObackend

Azərbaycanın Qarabağda qazandığı böyük uğur musiqiçi Murad Gönüllüyə ilham verib.

Busaat.az xəbər verir ki, Azərbaycanla Türkiyə arasındakı köklü əlaqələrə diqqət çəkmək istəyən M.Gönüllü sözləri Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəyə məxsus olan “Azərbaycan-Türkiyə” şeirini notlara çevirib.

O, iki ölkənin eyni dini, dili, tarixi, mədəniyyəti və ümumi gələcək idealı olduğunu vurğulamaq istədiyini qeyd edib:

“Azərbaycan Qarabağda böyük bir uğur qazandı. Bu münasibətlə iki ölkənin nümunəvi həmrəyliyinə dəstək olmaq və Azərbaycanın Türkiyədəki təbliğatına töhfə vermək üçün Azərbaycan- Türkiyə mahnısını bəstələdim və oxudum”.

Musiqiçi tərəfindən ifa edilən mahnının aranjimançısı Fərid Mərddir. Murad Gönüllü və Stare Yıldırımın rejissorluğu ilə “kollaj texnikası” ilə hazırlanan klipin studiya və post istehsalı İstanbul Film Makers şirkətinin dəstəyi ilə hazırlanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90