Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olubbackend

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Pakistan XİN rəhbəri Mahmud Hüseyn Qureyşi arasında telefon danışığı baş tutub.

Busaat.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee öz tvitter hesabında məlumat verib.

Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, Azərbaycanla Ermənistan arasındakı gərginlik və Dağlıq Qarabağdakı son vəziyyət müzakirə edilib.

***

Xarici İşlər Nazirliyi Azərbaycan və Pakistan XİN rəhbərlərinin telefon danışığı barədə məlumat yayıb. Bildirilib ki,  20 oktyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Pakistanın Xarici İşlər naziri Mahdum Şah Mahmud Qureşi ilə telefon danışığı baş tutub. Nazirlər bölgədə hazırkı vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki şəxsləri və yaşayış məntəqələrinin atəşə tutulması daxil olmaqla, humanitar atəşkəsin pozulması barədə pakistanlı həmkarına məlumat verdi. Nazir ciddi mülki tələfatına səbəb olan Gəncə şəhərinə raket hücumunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu və bu cinayətlərə görə Ermənistan rəhbərliyinin tam məsuliyyət daşıdığını vurğulayıb.

Nazir qardaş ölkə olan Pakistanın Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyini üçün yüksək minnətdarlığını ifadə edib.

Nazir Mahdum Şah Mahmud Qureşi Pakistan xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu və onun özünü müdafiə hüququnu dəstəklədiyini vurğulayıb. O, Pakistanın münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü əsasında və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll olunmasının tərəfdarı olduğunu bildirib. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.