“Azərbaycan xalqı artıq həmsədrlərə inamını itirib” – Partiya sədri

“Azərbaycan xalqı artıq həmsədrlərə inamını itirib” – Partiya sədribackend

“İnsanlarımızda həmsədrlərə qarşı ikrah, sarkazm və narazılıq var. Bu həmin diplomatlar üçün biabırçılıqdır”.

Bunu ölkə başçısı İlham Əliyevin ötən gün xalqa mürüciətini təhlil edən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Busaat.az-a açıqlamasında deyib.

Partiya sədrinə görə, diqqət çəkən əsas məqamlardan biri prezident İlham Əliyevin oktyabrın 29-da Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə birgə görüşü haqda səsləndirdiyi fikirlər olub:

“Prezident bildirdi ki, Amerikada baş tutan son danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Lakin bu görüşlərin hansısa bir mənası, səmərəsi, nəticəsi olmalıdır. Bu görüş də bütün əvvəlki görüşlər, danışıqlar kimi səmərəsiz olacaq, nəticəsiz bitəcəksə, heç olmasın. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan artıq bu mənasız görüşlərdən, yalançı vədlərdən, qeyri-səmimi diplomatiyadan yorulub. İndi Azərbaycanda heç kim ATƏT-in Minsk Qrupunun vasitəçilərinə inanmır. Əksinə, insanlarımızda həmsədrlərə qarşı ikrah hissi var, sarkazm var, narazılıq var. Bu həmin diplomatlar üçün biabırçılıqdır. Həmsədrlər artıq Qarabağ məsələsinin dinc yolla nizama salınması ilə bağlı nəyisə həll etmək səlahiyyətlərini itiriblər. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları onların fəaliyyətini sıfırlayıb”.

Əlisahib Hüseynov bildirib ki, rəsmi Bakı yenə də sülhün tərəfdarı kimi çıxış edir və məhz buna görə də görüşlərin keçirilməsinin, müzakirələrin aparılmasının əleyhinə deyil:

“Bunu rəsmi Bakının həmsədrlərə verdiyi son şans kimi də qiymətləndirmək olar. Ancaq Azərbaycan tərəfi bildirir ki, görüşlər substantiv
olmalı, mahiyyətə yönəlik və sürətli şəkildə aparılmalıdır. Heç bir süni şəkildə ləngitmələr, prosesi uzatmalar ola bilməz. İşğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi bizim bu şərtlərimizi, tələblərimizi qəbul edib konstruktivlik nümayiş etdirəcəkmi? Sözün açığı, mən buna inanmıram. Çünki biz avantürist Paşinyanı da və onun özü kimi riyakar Xarici İşlər naziri Zöhrab Mnasakanyanı da yaxşı tanıyırıq. Mnasakanyan öz baş
nazirindən aldığı ağılsız təlimatlar əsasında Cenevrədə də qeyri-sağlam mövqe nümayiş etdirəcək və hiyləgər diplomatik gedişlərə üstünlük verəcək. Nəticədə bu görüş də səmərəsiz yekunlaşacaq”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90