“Azərbaycan yaxşı rəqibdir” – kiprli futbolçu

“Azərbaycan yaxşı rəqibdir” – kiprli futbolçubackend

“Müsbətlərin mənfi cəhətlərdən çox olduğu bir oyundan çıxmışıq”.

Busaat.az  xəbər verir ki, bunu Kipr yığmasının futbolçusu Konstantinos Laifis Millətlər Liqasının I turunda Monteneqro ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

27 yaşlı müdafiəçi sabah növbəti tur çərçivəsində Azərbaycan millisi ilə keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransında fikirlərini bölüşüb. Monteneqroya 0:2 hesablı məğlubiyyətə baxmayaraq, nikbinliyini qoruyan Belçikanın “Standard” klubunun üzvü yığmamız haqda məlumat topladıqlarını söyləyib: “Sözsüz ki, Monteneqro ilə matçın nəticəsindən məyusuq, amma çox müsbət məqamlar gördük. Gənc futbolçularımız klublarından milliyə hazır vəziyyətdə gəlməlidirlər. Bu baxımdan onların komandalarında müntəzəm oynamaları üçün dəstəyinə ehtiyacları var. Azərbaycan yaxşı rəqibdir. Sabaha qədər onlar barədə bacardığımız qədər məlumat toplamağa çalışacağıq. Əminəm ki, gənclərimizlə güclü Kipr yığması quracağıq”.

Qeyd edək ki, Nikosiyada keçiriləcək Kipr – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90