Azərbaycan yenidən müstəqilliyini qazandıqdan sonra İtaliya ilə çox səmərəli münasibətlər qurub

image-15backend

Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində və iki dövlətin qanunvericilik və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələrinin inkişafını hər iki ölkənin parlamentləri daim dəstəkləyir və öz töhfələrini verməyə çalışırlar. Parlamentlərarası əlaqələrin çox yaxşı səviyyədə olması ölkələrarası münasibətlər müstəvisində əhəmiyyətli rol oynayır.

İtaliya haqqında yazmaq, danışmaq, bu ölkə barədə oxumaq, onu öyrənmək, yəqin ki, hər bir şəxs üçün maraqlıdır. Zənnimcə, çox qədim və zəngin tarixə malik olması, ümumilikdə bu ölkənin dünyanın ən gözəl təbiət guşəsi kimi diqqəti cəlb etməsi, çox qədim abidələrin qorunub saxlanması, dünyaya zəngin mədəniyyət nümunələri bəxş etməsi və bu kimi xeyli sayda faktlar İtaliyaya olan marağın əsas amillərindən biridir.

Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər müstəqil Azərbaycanla İtaliya arasında 28 sənəd imzalanmışdır. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar çərçivəsində və eləcə də onların parlament assambleyaları səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq edirlər və bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirmək məqsədəuyğun hesab olunur. Parlamentlərimiz arasında sıx əlaqələr mövcuddur. Sevindirici haldır ki, hər iki parlamentdə əlaqələr üzrə deputatlardan ibarət işçi qrupları fəaliyyət göstərir və son zamanlar həyata keçirilən qarşılıqlı səfərlər bu əlaqələrə mühüm töhfələr verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında toxunduğu mühüm problemlər sırasında fundamental xarakter daşıyan beynəlxalq hüquq normalarının pozulması, beynəlxalq birliyin buna səssiz qalaraq, etinasız münasibət bəsləməsinə toxunulmuşdur.

 Prezident çıxışında bildirmişdir:

“Beynəlxalq hüquq normaları tamamilə pozulub. Beynəlxalq hüquq normaları bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi.”

 

Təəssüf hissi ilə bildirirəm ki, dövlətimiz üçün həyatı əhəmiyyət kəsb edən məsələdə biz bunun şahidi olmuşduq.
30 ilə yaxın bir müddətdə torpaqlarımızın işğal altında olmasına, dinc mülki əhaliyə qarşı xüsusilə ağır beynəlxalq cinayətlərin – soyqırımı, insanlıq əlehinə cinayətlər, müharibə cinayətlərinin törədilməsinə, xalqın mədəni irsinin amansızcasına məhv edilməsinə, ölkəmizin ekoloji sisteminə bərpa edilməyən ziyanın vurulmasına baxmayaraq, işğalçı Ermənistan lazımi təzyiqlərlə məruz qalmamışdır və beynəlxalq hüquqdan irəli qələn heç bir sanksiya ilə üzləşməmişdir.

 

Qarayev Qulam

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90