Azərbaycana ilk zərbə Fransadan gəldi – Alforville Bələdiyyə Şurası Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına səs verdi

Azərbaycana ilk zərbə Fransadan gəldi – Alforville Bələdiyyə Şurası Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına səs verdibackend

Fransanın Alforville Bələdiyyə Şurası erməni silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan torpağının – Dağlıq Qarabağın Fransa tərəfindən tanınması üçün yekdilliklə səs verdiyini söyləyib.

Busaat.az xəbər verir ki, bu haqda məlumatı Alforville şəhər merinin müavini Qaro Xaçikyan Twitter səhifəsində yazıb.

Alforville Bələdiyyə Şurası, həmçinin Dağlıq Qarabağda müvəqqəti məskunlaşan ermənilərə maddi yardım göstərməyə qərar verib.

Haşiyə: Belə sənədlərin kağız üzərində qalacağını rəsmi Bakı çox yaxşı bilir. Azərbaycanın məqsədi tezliklə işğal edilən ərazilərini qaytarmaqdır. Bu missiya da şanlı ordumuzun üzərinə düşüb və bir çox el-obamızda üç rəngli bayrağımız dalğalanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90