Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 540 $▼2.47%
  • Ethereum1 876 $▼2.67%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İqtisadiyyat

Azərbaycanda 1, 3, 5 və 10 qəpiklər dövriyyədən çıxarılır? - RƏSMİ AÇIQLAMA

image-1670327200_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda 1, 3, 5 və 10 qəpik kimi xırda pulların dövriyyəsində müəyyən problemlər müşahidə olunur. Bu qəpiklərdən istifadə, demək olar ki, mümkünsüz olub.

BAKU.WS xəbər verir ki, mağazalarda bir çox insan onlara 1, 3 və 5 qəpikliklər qalıq kimi veriləndə bundan imtina edir. Bir sözlə, vətəndaşlar bu qəpiklərin işlənmədiyini deyirlər.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etdik və bəhs edilən qəpik pulların dövriyyədən çıxarılacağı ilə bağlı ehtimallara cavab aldıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, denominasiya tədbirləri çərçivəsində tədavülə 1 yanvar 2006-cı ildən etibarən 6 nominalda metal pul nişanları buraxılıb:

“Metal pullardan 1, 3 və 5 xırda, 10, 20 orta və 50 qəpiklik yüksək nominallı pul nişanlarıdır. 2021-ci ildə metal pul nişanları 4.4%, xırda nominallı metal pul nişanları isə 10.3% artmışdır. Cari ilin 11 aylıq göstəricilərinə əsasən isə metal pul nişanları 4.5%, xırda nominallı metal pul nişanları isə 9.6% artıb.

Tədavüldə xırda nominallı pul nişanlarına tələbin səbəbi bu pul nişanlarının qiymətlərin formalaşmasında istifadəsi və pərakəndə ticarətdə onlardan geniş istifadənin hələ də qalmasıdır.

Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bank tərəfindən mövcud xırda nominallı metal pul nişanlarının dövriyyədən çıxarılması planlaşdırılmır”.

Mərkəzi Bankdan həmçinin bildirilib ki, beynəlxalq təcrübədən irəli gələrək 1 manatlıq kağız pul nişanlarının metal pulla əvəz olunmasının iqtisadi və sosial qiymətləndirilməsini həyata keçirmiş və hazırda 1 manatlıq kağız pul nişanının metal pulla əvəz edilməsi də nəzərdə tutulmur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93039