Azərbaycanda bu bank əməkdaşları cəzalandırıldı – AÇIQLAMAbackend

“Yelo Bank” ASC əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar açıqlama yayıb.

Bankın yaydığı açıqlamaya əsasən, 2020-ci il martın 17-də “Yelo Bank”ın (keçmiş “Nikoil Bank”) müvafiq strukturları tərəfindən filial müdirinin və əməkdaşının qanunsuz əməlləri aşkarlanıb.

“Martın 19-da isə bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verilib. Daxili araşdırma aparıldıqdan sonra həmin əməkdaşlar müvafiq maddə ilə işdən çıxarılıb və əlavə məlumatlar Maliyyə Monitorinqi Xidmətinə göndərilib”, – açıqlamada deyilir.

“Yelo Bank”ın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib:

“Sevindiricidir ki, tərəfimizdən göndərilən məlumatlar hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslərin saxlanılmasına kömək edib və inanırıq ki, onlar qanun çərçivəsində layiqli cəzasını alacaq. Biz həm də əməkdaşlıq çərçivəsində məlumatların hüquq-mühafizə orqanlarına ötürdüyü üçün Maliyyə Monitorinqi Xidmətinə minnətdarıq.

“Yelo Bank” ın dəyərləri şəffaflığa əsaslanır ki, bu da bizim fəaliyyətimizin əsasıdır. Vəzifəsindən asılı olmayaraq, istənilən əməkdaşlarımız tərəfindən yol verilən qanun pozuntusu bağışlana bilməz. Baş verənlərdən banka heç bir maddi zərər dəyməyib. Buna baxmayaraq, təəssüf edirik ki, iki əməkdaş qanunsuz əmələ əl ataraq həm özünü biabır etdi, həm də işlədiyi kollektivə ləkə saldı. Mən təcrübəli və öz işinə sadiq olan daxili nəzarət komandasına təşəkkür edirəm.

Məhz onların sayəsində bu faktlar aşkarlandı və operativ reaksiya verildi. Biz həm də prinsipial mövqe tutaraq qanun pozuntularını araşdıran və onlara qiymət verən, həmin əməkdaşların işdən çıxarılmasına qərar verən hər bir əməkdaşımıza təşəkkür edirik. Mən həm də Maliyyə Monitorinqi Xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstərdiyi peşəkarlığa görə minnətdaram”.