Azərbaycanda daha 3705 yeni yoluxma qeydə alınıb, 32 nəfər vəfat edib

Azərbaycanda daha 3705 yeni yoluxma qeydə alınıb, 32 nəfər vəfat edibbackend

Azərbaycanda koronavirus infeksiyasına daha 3 705 yoluxma faktı qeydə alınıb, 1 609 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Busaat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 106 101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 68 572 nəfər müalicə olunaraq sağalıb,1 256 nəfər vəfat edib. Aktiv xəstə sayı 36 273 nəfərdir.

Ötən müddət ərzində 1 665 832 test aparılıb. Bugünkü test sayı isə 19 178-dir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90