Azərbaycanda «Elektron Aktyor və Aktrisa» bazası yaradıldı

Azərbaycanda «Elektron Aktyor və Aktrisa» bazası yaradıldıbackend

Azərbaycan Film Akademiyasının nəzdində «Elektron Aktyor və Aktrisa» bazası təsis edilib.

Busaat.az xəbər verir ki, «E-cast» adı altında fəaliyyət göstərən elektron aktyor və aktrisa bazasına peşəkar aktyorlarla yanaşı, həvəskar insanlar da qatıla biləcək. Belə ki, «Aktyor olmaq üçün nə edim?» sualına cavab axtaranlar bu layihə vasitəsilə suallarına cavab tapacaqlar.

«E-cast» bazası bir növ vitrin funksiyasını daşıyacaq. İstedadı olan şəxslər rahatlıqla öz istedadını bu platformada sərgiləyəcəklər. Film çəkmək istəyən rejissor artıq kastinq keçirərək, vaxtını itirməyəcək. Hər bir rejissor bu platformadan qatılanların videosunu izləməklə, çox asanlıqla uyğun obrazları seçə biləcəklər.

Eyni zamanda «ecast.az» saytından kütlə səhnələri üçün sifariş verə bilərlər.

Qeyd edək ki, aktyor.az və aktrisa.az saytları da «E-cast»a bağlı olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90