“Azərbaycanda ətri bilən 3 nəfərdən biriyəm”

“Azərbaycanda ətri bilən 3 nəfərdən biriyəm”backend

 

“5 ildən bir avtomobilimi dəyişirəm. Köhnələr satılır, yenilərini alıram. Biz incəsənət insanlarıyıq, maşınlarımız yaxşı olmalıdır. Bütün günü tələsik harasa gedirik. Bunun üçün rahatlıq tərəfdarıyam”.

Busaat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov “Fatehin Divanı” proqramına qonaq olarkən deyib.

Sənətçi xərclərindən söhbət açaraq səyahətləri çox sevdiyini bildirib: “Sonuncu dəfə avtomobilimdə dəyişiklik etdim. Ən sonuncu modeldir. Elə insan var ki, imkanı var, amma heç bir xarici ölkəni gəzməyib. Elələri də var ki, sonuncu pulunu xərcləyib hansısa dövlətə səyahət edir. Mənim nə zavodum, nə də şirkətim var. Ailə olaraq belə qərara gəlmişik ki, öz həyatımızı yaşayaq. Nə lazım olursa, onu da edirik”.

Şükürov qeyd edib ki, Azərbaycanda ətir barədə məlumatlı olan 3 nəfərdən biridir: “Respublikada 2-3 nəfər var ki, ətirlərdən başı çıxır. Onlardan biri mənəm. Dostlarım hər zaman mənimlə məsləhətləşirlər. Hətta incəsənət nümayəndələri də bu barədə sizə danışa bilər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90