Azərbaycanda faciəvi hadisə – 10 yaşlı uşağın meyiti axtarılır

Azərbaycanda faciəvi hadisə – 10 yaşlı uşağın meyiti axtarılırbackend

Sumqayıtda 10 yaşlı uşaq Samur-Abşeron kanalına düşüb. Hadisə sentyabrın 3-də qeydə alınıb.

Busaat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə sentyabrın 3-də axşam saatlarında Sumqayıt şəhəri, “Stansiya Sumqayıt” adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

İlkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və pois əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90