Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 706,606 milyon manat təşkil edib.
Busaat.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18,2 % artaraq 1 milyard 210,757 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 8,6 % artaraq 3 milyard 294,949 milyon manat, aksizlər üzrə daxilolmalar 38,3 % artaraq 167,608 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 29,3 % azalaraq 33,293 milyon manat olub.