Azərbaycanda içməli su problemi: dövlət nəzarəti necə tənzimləməlidir? – İqtisadçı rəyi

Azərbaycanda içməli su problemi: dövlət nəzarəti necə tənzimləməlidir? – İqtisadçı rəyibackend

“Yaxın 30 ildə məmləkətin ağrılı problemləri sırasına içməli su problemi də qatılacaq”.

Busaat.az xəbər verir ki, bunu ölkənin içməli su ehtiyatları ilə bağlı vəziyyətini dəyərləndirən iqtisadçı Natiq Cəfərli bildirib.

Azərbaycan bizim bölgəmizdə sudan ən kasıb ölkə olduğunu vurğulayan Natiq Cəfərli vurğulayıb ki, həm Gürcüstanın, həm işğalçı Ermənistanın su ehtiyatları bizdən qat-qat çoxdur:

“Yaxın 30 ildə məmləkətin ağrılı problemləri sırasına içməli (şirin) su problemi də qatılacaq. Bu problemin həlli yolu da ağıllı və elmə əsaslanan idarəetmədən keçir. Ona görə də hökumət aqrar sektorun prioritetlərinə yenidən baxmalıdır. Suvarma probleminin həlli ilk olaraq pambıq sevdasından imtinadan keçir. Bol su tələb edən, zamanla da torpağı şoranlaşdıran pambıqçılıq Azərbaycan üçün yararlı və lazımlı deyil. Ölkə daha çox meyvə-tərəvəz, göyərti əkini üzrə ixtisaslaşmalıdır. Suvarma sistemləri yenidən qurulmalı, “damcı üsulu suvarmaya” keçid edilməlidir. Bunun üçün dünyada ən yaxşı təcrübə olan İsrail təcrübəsindən yararlanmaq lazımdır”.

Natiq Cəfərli təklif edir ki, Xəzərin suyundan istifadə etmək üçün yatırımlara, dəniz suyunun şirinləşdirilməsi və istefadəyə yararlı hala gətirilməsi üçün ölkədə təsisatlar yaradılmalıdır:

“Bu, baha texnologiya olduğuna görə böyük həcmdə elektrik enerjisi tələb etsə də, ağıllı hökumət proqramları ilə dəniz kənarında quraşdırılacaq təsissatları alternativ enerji hesabına çalışdırmaq olar. Sudan istifadənin optimallaşdırılması və su itkisinin qarşısının alınması üçün ciddi sosial layihələrə, təşviq və təbliğat addımlarına ehtiyac var. Ölkə ərazisində, əsas da Bakıda və Abşeron yarmadasında on minlərlə “moykalar”, maşın yumaq üçün obyektlər var və hamısında da içməli sudan istifadə olunur. Bu, mənasız su itkisidir. Ona görə də həm bu cür obyektlər, həm də zavod-fabriklərdə işlədilən su üçün ayrıca texniki su xəttləri çəkilməlidir. Kanalizasiya sularının boş-boşuna Xəzərə axıdılıb dənizi üfunət ocağına çevirməkdənsə, həmin suların təmizlənərək texniki xəttlər vasitəsi ilə istehsal və kənd təsərrüfatında istifadə edilməsi üçün infrastuktur yaradılmalıdır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90