Azərbaycanda işçiləri koronavirusa yoluxan xəstəxana bağlandı? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda işçiləri koronavirusa yoluxan xəstəxana bağlandı? – RƏSMİ AÇIQLAMAbackend

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu bağlanır.

Busaat.az  xəbər verir ki, bu barədə İctimai vəkil Samir Zeynalov bildirib. O, qeyd edib ki, Neftçilər xəstəxanasından ezam olunmuş həkim-reanimatoloqlar reanimasiyanın şəraitindən xeyli narazı qalıblar.

“Ötən gün institutda aparılan yoxlamalar nəticəsində “Reanimasiya” şöbəsində xəstələrin oksigenlə təminatı ilə bağlı ciddi və arzuolunmaz problemlər aşkar olunub. Hər kəsə məlumdur ki, cari ilin yanvar ayından etibarən institutda, xüsusilə reanimasiya şöbələrində mövcud olan çoxsaylı problemlər barədə mətbuatda silsilə yazılarım, müsahibələrim dərc olunub.

Lakin institut rəhbərliyi dərc edilən faktları şər-böhtan adlandırır. TƏBİB isə araşdırma aparmaq marağında olmadan məntiqsiz və gülünc açıqlamaları ilə yadda qalırdı.

Zaman göstərdi ki, mən öz fəaliyyətimi həqiqətən faktlar, obyektiv araşdırma və haqq-ədalət prinsipləri üzərində qurmuşam. Nə mənim, nə də ki, bu haqq işində mənə dəstək olan azsaylı tibb işçisinin institut rəhbərliyinə qarşı qərəzli, kinli, ədalətsiz mövqeyi olmayıb.

Biz hər zaman milli təhlükəsizliyimizi, ümumxalq maraqlarımızı öz şəxsi mənimizdən, şəxsi maraqlarımızdan üstün tutmuşuq. İnstitutun direktoru Həqiqət Qədirovanın son zamanlar barəmdə etdiyi absurd şikayətlər də bir daha onu təsdiq etdi ki, onun fəaliyyəti haqqında qeyd edilən məsələlər acı və təhdid dolu bir reallıqdır.

Haqq-ədalət gec də olsa zəfər çalır. Ümid edirəm ki, institut rəhbərliyi yol verdiyi ciddi nöqsanlara görə qanun qarşısında cavab verəcək”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva isə açıqlamasında yayılmış məlumatla bağlı araşdırma aparıldığını deyib. 

Xatırladaq ki, S.Zeynalov Ağciyər Xəstəlikləri İnstitutunda  dəfələrlə vəziyyətin acınacaqlı olduğunu, hətta xəstəxana əməkdaşları arasında kütləvi yoluxmanın baş verdiyini də qeyd etmişdi: “Müəssisənin maddi-texniki bazası, heyətinin təhlükəsizliyi və institutun rəhbərliyi koronavirusla mübarizə strategiyasına qətiyyən uyğun deyil”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90