Azərbaycanda karantin rejimi sərtləşdirilir? – AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi dünən Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 28 nəfər isə sağalıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı artarsa mayın 11-dən karantin rejim sərtləşdirilə bilərmi?

Deputat Nəsib Məhəməliyev bildirib ki, etiraf etməliyəm ki, son günlərin statistikası məyus edicidir:

“Vətəndaşlarımız hər gün koronavirusa yoluxanların sayının azalması və karantin rejiminin yüngülləşdirilməsi ilə bağlı xoş xəbərləri gözlədiyi halda, əks məlumatlar alması üzücüdür. Bunun əsas səbəbi aprel ayının 27-də karantin rejimi qismən yumşaldıldıqdan sonra, bir çox insanlarda arxayınlıq yaranması və kütləvi şəkildə küçələrə axışmasıdır. İctimai nəqliyatda, ticarət obyektlərində, bankların qarşısında, dayanacaqlarda, sosial məsafə saxlamadan müəyyən olunmuş qaydalara riayət etmirlər. Nəticə göz qabağındadır. Bir gündə 76 nəfərin virusa yoluxması pis haldır. Əgər, belə davam edərsə, mayın 11- də karantin rejimi nəinki yumşaldılar, əksinə daha da sərtləşdirilməsini proqnozlaşdıra bilərik. Aydındır ki, insanlar normal həyat rejiminə qayıtmaq istəyir. Bunu ilk növbədə hökumət də arzulayır. Ancaq bu ilk növbədə vətəndaşlarımızdan karantin rejiminin qaydalarına ciddi riyaət etmək, məsuliyyətli olmaq tələb olunur. Səbrli olaraq, milli birlik nümayiş etdirməklə koronovirusa qalib gəlməli, lüzumsuz risk edərək özümüzü və yaxınlarımızın həyatını təhlükəyə qoymamalıyıq”.