Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya hazırlıq başlayıb

Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya hazırlıq başlayıbbackend

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Yeni klinika tibb müəssisəsinin nəzdində olan təlim mərkəzində “COVID-19 vaksinasiya prosesinin təşkili və əlavə təsirlərinin idarə edilməsi” adlı təlimlərə start verib.

Bisaat.az xəbər verir ki, təlimlər zamanı vaksinin daşınması, saxlanması və istifadəsi qaydaları, vaksinlərin inyeksiyası zamanı ola biləcək əlavə təsirlərin növləri, allergik reaksiyalar baş verdikdə tibbi yardımın təşkili kimi mühim təlimatlar ÜST və UNİCEF-in təlimatları əsasında məruzə, prezentasiya və maket üzərində praktik məşğələlər şəklində vaksinasiya prosesinin yerlərdə həyata keçirilməsi üçün seçilmiş səyyar briqadaların üzvlərinə çatdırılıb.

Eyni zamanda təlimlər zamanı ilk dəfə olaraq həkim, tibb bacısı və sürücüdən ibarət tibbi briqadanın komanda şəklində işləmə bacarıqları, koordinasiya olunmuş tərzdə sinxron tibbi yardım, müxtəlif situasion hallar zamanı rasional yanaşma taktikaları iştirakçılara təqdim edilib. TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin yüksək ixtisaslı əməkdaşları tərəfindən həyata keçiriləcək təlimlərdə hər həftə 40 nəfərlik həkim briqadasının iştirak etməsi planlaşdırılır.

Qeyd edək ki, iştirakçıların prezentasiya əsasında keçirilən təlimlərlərdən ibarət video-təqdimatlar hazırlanaraq TƏBİB-in tabeliyində olan bütün müəssisələrə göndəriləcək.

busaat 9ec5071d503b4ed5f2e2c49233010acd 2rqvaln9gs4tp7xy5zfb busaat 038c966ecb8bf53bed871e862180b77d 8uawzvx423mrc706flsy busaat be70b38d99796f22e1cbe99fa63b9a6f tf7cxsl61rqaw5ympg2z busaat c9b7a6fd0b5d087f77731e2c55385bcc k35apv4us6yif7oegzwq busaat 93824f837989b31ed4e5a364242a8529 fhys8p1t2mrzejo96lk7 busaat 006e2beb46e996a015fee773d938e156 2pv90acjwtybgf1ez3o6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki