Azərbaycanda koronavirusa yoluxma üzrə son faiz göstəriciləribackend

Azərbaycanda koronavirusa yoluxma üzrə son faiz göstəriciləri açıqlanıb.

Busaat.az koronavirusinfo.az saytındakı rəsmi göstəricilərə əsasən xəbər verir ki, hazırda ölkədəki yoluxanların 13,16 faizini xarici vətəndaşlar, 86,84 faizini yerli vətəndaşlar təşkil edir.

Bölgələr üzrə yoluxma sıralamasına gəlincə, Bakı 52,1 faizlə ilk sıradadır.

Ölkə üzrə yoluxanların 6,88 faizi Aranda, 8,28 faizi Lənkəranda, 5,54 faizi Abşeronda, 7,62 faizi Gəncə-Qazaxda, 2,40 faizi Quba-Xaçmazda, 1,07 faizi Yuxarı Qarabağda, 1,27 faizi Şəki-Zaqatalada, 1,4 faizi Dağlıq Şirvanda, 0,27 faizi isə Naxçıvandadır.

Həftələr üzrə ən çox yoluxma (514 yoluxma) 6-12 apreldə qeydə alınıb. 30- mart-5 apreldə 375 nəfər, 13-19 apreldə 300 nəfər, 20-26 apreldə 247 nəfər, 27aprel-1 mayda 209 nəfər koronavirusa yoluxub.

Qeyd edək ki, son rəqəmlərə görə, ölkədə 1894 nəfər koronavirusa yoluxub, onlardan 1411 nəfəri sağalıb, 458 nəfəri aktiv koronavirus xəstəsidir, 25 ölüm halı baş verib. Ümumilikdə 152, 597 müayinə aparılıb.