Azərbaycanda koronavirusla bağlı son GÖSTƏRİCİLƏR

Azərbaycanda koronavirusla bağlı son GÖSTƏRİCİLƏRbackend

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 29-na olan statistik göstəriciləri açıqlayıb.

Busaat.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 934 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 289 603 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər isə vəfat edib.

Bununla da ölkəmizdə koronavirusa yoluxanların sayı 4 989 nəfərə, sağalanların sayı 3 125 nəfərə, ölənlərin sayı isə 58 nəfərə çatıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90