Azərbaycanda koronavirusla bağlı SON GÖSTƏRİCİLƏR

Azərbaycanda koronavirusla bağlı SON GÖSTƏRİCİLƏRbackend

“Hazırda 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

Busaat.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Zaur Əliyev qeyd edib ki, göstəricidən asılı olmayaraq, neqativ halın aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirilir:

“Hazırda Azərbaycanda 2127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər isə vəfat edib. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 169.790 test aparılıb”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90