Azərbaycanda maskalı hücum: Yaralılar var

Azərbaycanda maskalı hücum: Yaralılar varbackend

Astarada evə maskalı şəxslər basqın edib. 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Təngərüd kəndində qeydə alınıb.

Belə ki, Abdullayevlər ailəsinin yaşadığı evə 3 naməlum şəxs əllərində bıçaqla hücum edib. Nəticədə Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Abdullayeva və 2000-ci il təvəllüdlü Emral Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı evdə olan ailə üzvü Seynur Abdullayev başına gələnləri belə xatırlayır: “3 nəfər maskalı şəxs basqın elədi evə. Atama xəsarət yetirdi, oğluma və həyat yoldaşıma. Əlbəyaxa olduq, qaçdılar, onların heç birini tuta bilmədik. Çox əlləşdik, bir az dava-dalaş da düşdü, maskadan tanıya bilmədik, qaçdılar. Hamısının əlində bıçaq var idi”.

Maskalı şəxslərin hücumu nəticəsində bir neçə bıçaq xəsarətləri alan Seyran Abdullayev və nəvəsi Emral Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Digər zərərçəkmiş Bəsirə Abdullayevaya isə ambulator yardım olunub və evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90