Azərbaycanda neft hasilatı kəskin artacaq – PROQNOZ

image-rom_1291backend

Azərbaycanın 2021-ci il üzrə neft və kondensat hasilatı ilə bağlı proqnoz yenilənib.

Oxu.Az-ın ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, mart ayının proqnozuna görə 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatı gündə 770 min barel olacağı proqnozlaşdırılır.

Halbuki, Agentliyin yanvar və fevral ayında (fevral ayında proqnoz yanvar ayında olduğu kimi sabit saxlanılıb) Azərbaycanda neft və kondensat hasilatı ilə bağlı proqnozu 730 min barel idi. Ötən ayla müqayisədə proqnoz göstərici 40 min barel və ya 5,2 faiz artırılıb.

Həmçinin, 2020-ci ilin neft və kondensat hasilatının gündəlik orta həcmi ilə müqayisədə proqnoz 60 min barel və ya 8,5 faiz artırılıb.

Agentliyin hesablamalarına əsasən, 2021-ci ilin birinci rübündə ölkədə neft və kondensat hasilatının gündəlik orta həcmi 750 min barel (yanvar və fevral ayının proqnozu ilə müqayisədə 50 min barel çox), ilin ikinci rübündə 760 min barel (ötən proqnozla 30 min barel çox), üçüncü rübdə 770 min barel (30 min barel çox) və ilin sonunda, dördüncü rübdə isə 790 min barel (40 min barel çox) olacağı gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin birinci rübünün proqnozu ilə müqayisədə 2021-ci ilin birinci rübü üçün proqnoz 30 min barel və ya 2,6 faiz az olsa da, ikinci rüblə müqayisədə proqnoz 60 min barel və ya 8,6 faiz artırılıb. Eləcə də, üçüncü və dördüncü rübdə hasilat üzrə proqnoz ötən ilin göstəricisi ilə müqayisədə 100 min barel, yaxud müvafiq olaraq 14,9 faiz və 14,5 faiz daha çoxur.

Enerji İnformasiya Agentliyi 2022-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik orta həcminin 820 min barel olacağı proqnozlaşdırılır.

Agentliyin yanvar və fevral ayında 2022-ci il üzrə Azərbaycanda neft və kondensat hasilatı ilə bağlı proqnozu 780 min barel idi. Proqnoz ötən aylarla müqayisədə 40 min barel, və ya 5,1 faiz artırılıb.

Növbəti ilin birinci rübündə neft və kondensat hasilatının gündəlik orta həcminin 810 min barel olacağı bildirilib. 2022-ci ilin ikinci rübündə isə hasilatın 10 min barel artaraq 820 min barel olacağı qeyd edilib.

Hasilatın ilin üçüncü rübdə yenidən 10 min barel azalaraq 810 min barel, dördüncü rübdə isə 20 min barel artaraq 830 min barel olacağı proqnozlaşdırılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90