Azərbaycanda yaşayış məntəqələri kustar silahlarla da vurulub – Fotolar

Azərbaycanda yaşayış məntəqələri kustar silahlarla da vurulub – Fotolarbackend

“Ermənistan Azərbaycanda yaşayış məntəqələrinin vurulmasında kustar üsulla hazırlanmış silahlardan istifadə edib”. Bu barədə “Qafqazinfo”ya açıqlamasında ANAMA-nın əməkdaşı Musa Məmmədov bildirib.

O qeyd edib ki, yaxından baxanda bu silahların kustar üsulla hazırlandığı, zavod istehsalı olmadığı aydınlaşır: “Bu cür qurğular yaxın keçmişdə Yaxın Şərqdəki münaqişələrdə İŞİD və PKK döyüşçüləri tərəfindən istifadə olunub. Hazırda anbarlarda olan 240 mm-lik raketlərin də üzərində hər hansı boya və yazıların olmaması bu raketlərin  də kustar üsulla hazırlanmasına dəlalət edir.

Qanuni Sovet və Rusiya istehsalı olan bu cür raketlər “M24F” raketləridir ki, bunlar əsasən, iki modifikasiyada olur. Maksimum 7 km və 11 km məsafəyə atılır və qanunauyğunluqla da partlayıcı çəkiləri 18 və 27 kiloqramdır. Amma  Yaxın Şərqdə istifadə olunan raketlər kustar üsulla hazırlanan raketlərdir. Uçuş məsafəsi 18 km-dək, partlayıcı maddə çəkisi 40 kq-a qədər artırılıb ki, daha böyük dağıntılar törətsin. Bu raketlərin üzərlərində hər hansı boyanın olmaması bunların da eyni qaynaqdan raketlər olmasına dəlalət edir”.

M. Məmmədov əlavə edib ki, düşmən bu raketlərlə yaşayış məntəqələrimizə çoxlu sayda atışlar həyata keçirib. Nəticədə infrastruktur və canlı qüvvə arasında xeyli dağıntılara səbəb olub.

Tural Hüseynli

 



Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90