“Azərbaycanın 3 aylıq ərzaq ehtiyatı var”

“Azərbaycanın 3 aylıq ərzaq ehtiyatı var”backend

“Azərbaycan aparılan testlərin sayına görə 30-cu yerdədir”. 

Busaat.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, hansısa ölkədə yoluxanların sayının az olması hələ orada virusun az yayılması demək deyil:

“Bəlkə, həmin ölkədə testlər lazımi səviyyədə deyil. Azərbaycanda bu günədək 50 minə yaxın test aparılıb”.

H. Hacıyev deyib ki, Prezidentin tapşırığı ilə Azərbaycanda yanvar  ayından ərzaq ehtiyatı tam təmin edilib: “Əsas tərəfdaşlarımızla uzun müddətli müqavilələr var”.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov da deyib ki, Azərbaycanın 3 aylıq ərzaq ehtiyatı var: “Görülən tədbirlərlə 6 aylıq müddətə də özümüzü sığortalamışıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90