“Azərbaycanın son hədəfi Zəngəzuru geri qaytarmaqdır, çünki bu türkdilli xalqlar üçün strateji məsələdir” – Manukyan

image-vazgenmanukyanbackend

“Ermənistan ərazisinin müxtəlif istiqamətləri atəşə tutulacaq, lakin Azərbaycan başqa istiqamətlərdən hücum edəcək”.

Busaat.az xəbər verir ki, bu fikirləri Ermənistanın müxalifət liderlərindən biri Vazgen Manukyan səsləndirib.

Manukyanın sözlərinə görə, Qarabağ münaqişəsi Azərbaycan üçün strateji məsələdən daha çox, prestij və şərəf məsələsi idi: “Zəngəzur isə təkcə Azərbaycan yox, bütün türkdilli xalqlar üçün strateji bir məsələdir. Əsas məqsəd də, məhz Zəngəzurun geri qaytarılmasıdır” – deyə Manukyan vurğulayıb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri bir neçə gündür ki, Naxçıvan və Şuşa istiqamətində Azərbaycanın mövqelərini atəşə tuturlar. Azərbaycan ordusu isə düşmənin bu təxribtının qarşısını uğurla alır.

KONKRET.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90