Azərbaycanlı professordan KORONAVİRUSLA bağlı ŞOK AÇIQLAMA: 1 aydan sonra…

Azərbaycanlı professordan KORONAVİRUSLA bağlı ŞOK AÇIQLAMA: 1 aydan sonra…backend

Bütün ölkələr koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında işləməlidir.

Bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

A.Qeybulla bildirib ki, məhz ÜST-ün fonduna, eyni zamanda ölkədaxili tədbirlər üçün vəsait ayrılması nəticəsində virusun yayılması azalan istiqamətdə gedir: “Koronavirusun yaranma ocağı sayılan Çində də bu işlərə sərf edilən böyük vəsait sayəsində virusu lokallaşdıra bildilər. Karantin tədbirlərinin vaxtında görülməsi infeksiyanın lokallaşdırılması istiqamətində çox mühüm addımdır”.

Professor qeyd edib ki, bir aydan sonra proses tamamilə sönə bilər: “Çünki dünya üzrə çox intensiv işlər həyata keçirilir. Havanın istiləşməsi ilə paralel virusa yoluxan insanların immunitetində güclənmə yaranır. Bir aydan sonra koronavirusla bağlı göstəricilər enən xətt üzrə gedəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90