Dekabrın 13-ü saat 18 radələrində “Azərişıq” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin Enerji satış sahəsinin nəzarətçi mühəndisi Vaqif Bədəlova bıçaqla xəsarətlər yetirilib.
Prokurorluqdan Busaat.az-a verilən məlumata görə, Vaqif Bədəlov Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 36 ünvanında abonentin enerji xəttinə baxış keçirərək xidməti vəzifələrini yerinə yetirən zaman həmin ünvanda yaşayan Mübariz Mahmudov hakimiyyət nümayəndəsi Vaqif Bədəlovun kürək nahiyəsinə bıçaqla xəsarət yetirib zor tətbiq etməklə müqavimət göstərib.
Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Mübariz Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda istintaq davam edir.