Bakı Nəqliyyat Agentliyi sürücüləri təhqir etdibackend

Busaat.az xəbər verir ki, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Dakar” meydanında nəqliyyatın hərəkətinin dayanmasını sürücülərin bir-birinə yol verməməsi ilə əlaqələndirib.

O bildirib ki, sürücülərin bir-birinə yol verməməsi hərəkətin dayanmasına gətirib çıxarıb:

“Dakar dairəsinə bütün istiqamətlərdə sıxlıq müşahidə olunur. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyat istifadəçiləridir. Avtobuslar sıxlıqda qaldığından insanlar piyada gedir”.

Maraqlıdır ki, digər qurumlar kimi BNA da öz vəzifəsini düzgün icra edə bilmədiyi halda, günahı sürücülərin üzərinə atır. Faktiki olaraq “Dakar” meydanında hərəkətin dayanmasını BNA rəsmisi sürücülərin boynuna ataraq, onları hədəfə çevirib.