Bakıda dezinfeksiyadan sonra qəzalar artıb – SƏBƏB

Bakıda dezinfeksiyadan sonra qəzalar artıb – SƏBƏBbackend

“Yağış gur yağıb dezinfektant-toz qarışığını yollardan yuyana qədər çox diqqətli olun”.

Busaat.az xəbər verir ki, bu sözləri hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

O bildiirb ki, yoların təmizlənməsində istifadə olunan dezinfektantlar su ilə qarışanda sabun kimi köpüklənən sürüşkən bir maye kütləsi alınır:

“Son 2 gündə paytaxtın əsas küçə və prospektlərində dezinfeksiya işləri görüldü. İstifadə olunan dezinfektantlar su ilə qarışanda sabun kimi köpüklənən sürüşkən maye kütləsi alınır. Yağış yağsa, gecədən əsən küləyin süpürüb gətirdiyi toz da ona qarışacaq və yollar daha da sürüşkən olacaq. Ona görə də gur yağış yağıb, həmin dezinfektant-toz qarışığını yollardan yuyana qədər diqqətli olun”.

Ə.Hüseynov qeyd edib ki, təxminən 10-12 gün əvvəl dezinfeksiyadan sonra yağan yağışda eyni effektin yaranmasını nəzərə almayan xeyli sürücü qəzaya düşmüşdü.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90