Bakıda idman zalında faciə: idmançı məşq zamanı öldü – FOTO

image-162057777_717591042238517_4868945422052605853_nbackend

Bakıda fitnes məşqçisi idman zallarından birində vəfat edib.

Busaat.az  xəbər verir ki, hadisə bir neçə saat bundan əvvəl qeydə alınıb.

Dünyasını dəyişən Teymur Məmmədrzayevin vəfat səbəbi hələlik açıqlanmayıb.

***

Bakıda idman zalında məşq edən idmançının ölüm səbəbi açıqlanıb.

Zalın sahibi Ceyhun Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, idmançının meyiti bu gün saat 13:00 radələrində zalın daxilində olan istirahət otağında tapılıb:

“Teymur Məmmədrzayev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Ekspertizanın rəyinə görə, onun epilepsiyası tutub və vəfat edib”.

O qeyd edib ki, T.Məmmədrzayev yarışa hazırlaşırdı və zalda məşq edirmiş.

 



Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90