Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 223 $▼4.40%
  • Ethereum1 832 $▼4.93%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

“Bakıda insanların 90 %-nin ictimai nəqliyyata çıxışı təmin ediləcək”

image-resadnebiyev1jpg-1732087786
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda insanların 90 %-nin ictimai nəqliyyata çıxışının təmin edilməsi planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da keçirilən İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində keçirilən “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.

Onun sözlərinə görə, davamlı ekosistemi təşviq etmək üçün Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı öhdəsinə götürüb: “Bu öhdəliyi yerinə yetirmək üçün Azərbaycan hökuməti “Mobilliyin transformasiya proqramı”nı işə salıb. Bu plan çərçivəsində biz Bakı şəhərində fərdi avtomobil səfərlərini 40 % azaltmaq istəyirik. Həmçinin əhalinin 90 %-nin ictimai nəqliyyata çıxışını təmin etmək istəyirik. Eyni zamanda, mikromobillik, xüsusilə velosiped və skuterlər üçün 100 kilometrdən çox infrastruktur yaratmağı hədəfləyirik”,

O bildirib ki, bu proqrama metro, dəmir yolu və avtobus sistemlərinin təkmilləşdirilməsi, mikromobillik həlləri, parkinq obyektləri, prioritet zolaqlar və avtobus şəbəkəsinin optimallaşdırılması daxil olmaqla 60-dan çox təşəbbüs daxildir: “Layihə qrupu rəqəmsal məlumatlara əsaslanan qərar qəbuletmə prosesini təkmilləşdirən Bakı şəhərinin rəqəmsal əkizini hazırlayıb”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=152733