Bakıda mağazadan 200 minlik ərzaq oğurlanıb

Bakıda mağazadan 200 minlik ərzaq oğurlanıbbackend

Bakıda mağazadan oğurluq edən şəxs tutulub. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən oranın keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb.

Araşdırma nəticəsində onun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə həmin marketin anbarından naməlum şəxslərlə birgə 200 000 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90