Bakıda piştaxtası sökülən şəxs özünü yandırdı – Foto

image-ozunuyandiribbackend

Binəqədi rayonu Biləcəri qəsəbəsində özünü Qarabağ əlili kimi təqdim edən şəxsin özünü yandırması ilə bağlı məlumat yayılıb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, küçə ticarəti piştaxtası yığışdırılan zaman Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib: “O, piştaxtanı piyadaların hərəkət hissəsində yolu zəbt edərək qanunsuz quraşdırıb. Bu cəhdin qarşısı alınaraq, o, dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb. Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib”.

Yayılan məlumata görə, polis Binəqədi rayonu ərazisində yerləşən şadlıq sarayının qarşısında meyvə satan 1-ci qrup Qarabağ əlili ilə kobud davranıb, meyvə-tərəvəz piştaxtasını dağıdıb. Buna etiraz olaraq həmin şəxs özünü yandırıb.Hazırda 5 saylı şəhər klinik xəstəxanasındadır.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90