Bakıda mənzildə qətlə yetirilmiş qadın meyiti tapılıb.
Busaat.az xəbər verir ki, ölən şəxsin Ordubad rayon sakini, 1990-cı il təvəllüdlü Türanə Cəfərova olduğu bəlli olub.
Bakıxanov qəsəbəsi kirayədə yaşadığı mənzildə elektrik naqili ilə boğularaq qətlə yetirilən qadının bədəninin müxtəlif nahiyələrində qançır izləri aşkar olunub.
Hadisə ilə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.









