Bakıda yaşayış kompleksində “BMW” aşdı – 20 yaşlı oğlan öldü

Bakıda yaşayış kompleksində “BMW” aşdı – 20 yaşlı oğlan öldübackend

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Busaat.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospekti 15 ünvanındakı “Azure” yaşayış kompleksinin qarşısında baş verib.

Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Tofiq Mütəllimov İdarə etdiyi 99 KD 998 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb. Hadisə nəticəsində özü və sərnişini, 2004-cü il təvəllüdlü Mirişli Qəhrəman Tərlan oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sürücü xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90