“Bakıya gəlməyə taksi tapa bilmirik” – ŞƏHƏRƏ BÖYÜK AXIN

“Bakıya gəlməyə taksi tapa bilmirik” – ŞƏHƏRƏ BÖYÜK AXINbackend

Bu gündən ölkə ərazisində növbəti yumşalma tədbirlərinin tətbiqinə başlanılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılmış, yoluxma hallarının sayında azalmaya nail olunub.

Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilib.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Busaaat.az xəbər verir ki, hazırda regionlarda Bakı və eləcə də Bakıdan regionlar istiqamətinə sərnişin sıxlığı yaşanır.
Sürücülər qiymətlərin olduğu kimi qaldığını, lakin sərnişinlərin çox olduğu üçün bəzilərinin şəhərə gələ bilmədiklərini deyirlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90